Türkiyədə partlayış: 5 yaralı

Türkiyədə partlayış: 5 yaralı

Diyarbəkir vilayətinin Qulp rayonunda yerləşən jandarmeriya postu yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində 5 təhlükəsizlik qüvvələri əməkdaşı yaralanıb.


APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl PKK terrorçuları ehtimal edilən şəxslər avtomat silahlardan jandarmeriya postunu atəşə tutublar.


Hücum edən şəxslərdən biri yaxalanıb, digərlərinin axtarışı və zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır. Hadisə nəticəsində yaralananlar xəstəxanaya çatdırılıblar.

0
24