Meksika millisinin futbolçusu oğurlandı

Meksika millisinin futbolçusu oğurlandı

Meksika yığma komandası və Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Alan Pulido naməlum şəxslər tərəfindən oğurlanıb.

APA-nın “Mediotiempo”-ya istinadən verdiyi məlumata görə, insident Meksikada, idmançının istirahət etdiyi Syudad-Viktoriya şəhərində qeydə alınıb.

Hüquq-mühafizə orqanları futbolçunun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır. Bildirilir ki, cinayətkarlar heç bir tələb irəli sürməyiblər.

Qeyd edək ki, son Dünya çempionatının iştirakçısı Alan Pulido 2015-ci ildən “Olimpiakos” klubunun şərəfini qoruyur.

0
24