Yaponiyada sərnişin avtobusu su anbarına düşdü: 5 ölü

Yaponiyada sərnişin avtobusu su anbarına düşdü: 5 ölü

Yaponiyanın Osaka prefekturasında sərnişin avtobusu 10 m hündürlükdən su anbarına düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kavatinaqanao şəhərində baş vrib.

Qəza nəticəsində 5 nəfər ölüb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Avtobusda 23 sərnişinin olduğu təsdiqlənib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

0
22