Dilənçinin üstündən çıxan pullar hamını heyrətləndirdi - FOTO

Dilənçinin üstündən çıxan pullar hamını heyrətləndirdi - FOTO

Türkiyədə polislərin yaxaladığı dilənçinin üzərindən çıxan pullar hamını heyrətləndirib. Lent.az-ın Doğan xəbər agentliyinə istinadən məlumatına görə, Adanada fəaliyyət göstərən mülki polis məscidlərin qarşısında dilənçilik edən Elazığdan gəlmiş 47 yaşlı Cəlal Kavşatı saxlayıb. O, əvvəlcə deyib ki, doğma rayonuna qayıtmaq üçün bilet almağa pulu olmadığı üçün dilənçilik edir. Lakin daha sonra polislər 47 yaşlı kişinin üstünü axtarıblar və onun üzərindən 6 min 745 lirə pul çıxıb.

Pulun səliqə ilə yığılıb qatlanması polisləri xeyli təəccübləndirib.

Qeyd edək ki, 6745 lirə Türkiyədə orta aylıq maaşın 5 qatıdır.

C.Kavşatın topladığı pullar aidiyyatı üzrə təhvil verilib, özü isə rayonuna göndərilib.

0
21