Əli Həsənov: Xədicə İsmayılovanın Azərbaycan siyasətinə aidiyyatı yoxdur

Əli Həsənov: Xədicə İsmayılovanın Azərbaycan siyasətinə aidiyyatı yoxdur

“Azərbaycanda 12 min jurnalist fəaliyyət göstərir və onların böyük əksəriyyəti hakimiyyəti Xədicə İsmayılovadan da sərt tənqid edir”.

Leyla və Arif Yunus, Xədicə İsmayılova və Rauf Mirqədirovun həbsinin Azərbaycan siyasətinə aidiyyatı yoxdur.

Oxu.Az xəbər verir ki, bunu ANS TV-yə müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Onun sözlərinə görə, həmin şəxslərin həbs olunması Azərbaycanda vətəndaş cəmiyyətinin və daxili siyasətin normaları və tendensiyaları deyil.

“Azərbaycanda 12 min jurnalist fəaliyyət göstərir və onların böyük əksəriyyəti hakimiyyəti Xədicə İsmayılovadan da sərt tənqid edir, lakin onlar azadlıqda müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Ölkədə 3500 yaşlı əhalini və bir o qədər də gəncləri təmsil edən qeyri-hökümət təşkilatları, o cümlədən hüquq-müdafiə təşkilatları var, onların rəhbərləri də Azərbaycan hakimiyyətini heç də Leyla Yunus və yaxud digərlərindən az tənqid etmir, amma onlar da azadlıqdadırlar. Yəni 3-5 adamın ayrı-ayrı zamanlarda müxtəlif qanun pozuntularına görə həbs olunması Azərbaycan cəmiyyətinin daxili siyasətinin və vətəndaş normalarının tendensiyası deyil”.

Əli Həsənov onların həbsdən azad olunmalarını isə belə izah edib: 

“Cənab prezident indiyə qədər bu və ya digər hallara görə həbs olunan insanları böyük humanistlik nümayiş etdirərək əfv edir. Bunu qətiyyən beynəlxalq aləmin iradəsi və tələbləri ilə əsaslandırmaq olmaz”.

0
14