Yoxa çıxan müəllimənin meyiti tapıldı - İSTANBULDA

Yoxa çıxan müəllimənin meyiti tapıldı - İSTANBULDA

Bir neçə gün əvvəl İstanbulun Tuzla rayonunda müəmmalı şəkildə yoxa çıxan müəllimənin meyiti tapılıb. Lent.az-ın Doğan xəbər agentliyinə istinadən məlumatına görə, 2 uşaq anası olan 40 yaşlı tarix müəlliməsi Fatma Qayıqçının meyiti yaşadığı əraziyə yaxın yerləşən meşəlikdə tapılıb. Meyit qara rəngli zibil paketinin içində aşkarlanıb. Onun bədənində 3 dərin bıçaq yarası müəyyən edilib.

Bildirilir ki, hadisə baş verən gün qadına tapa bilməyən ailə üzvləri onun avtomobilini yaşadığı binanın qarşısında görüblər və binanın dəhlizində qan izi müəyyən ediblər. Qadının həyat yoldaşı binanın birinci mərtəbəsində ona məxsus restoranda ofisiant işləyən Furkan adlı şəxsin kirayə yaşadığı mənzilə pəncərəni sındıraraq daxil olub və burada Fatmanın ayaqqabısını tapıb. Mənzildə çoxlu qan izləri də olub.

İlkin məlumata görə, 40 yaşlı müəlliməni elə onun həyat yoldaşının işçisi öldürüb.

Hazırda 27 yaşlı Furkanın axtarışları davam etdirilir.

0
7