Xəzəryanı ölkələr öz mövqelərini razılaşdırdılar

Xəzəryanı ölkələr öz mövqelərini razılaşdırdılar

XİN məlumat yaydı.

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupunun növbəti görüşü İranda keçiriləcək.

XİN-dən Oxu.Az-a verilən məlumata görə, bu barədə işçi qrupunun 4-5 aprel tarixlərində Bakıda keçirilən 44-cü iclasının yekun Kommünikesində deyilir. Növbəti yığıncağın vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək.

Nümayəndə heyətləri yekun sənəddə danışıqların nəticəsini müsbət qiymətləndiriblər və Azərbaycana tədbirin yüksək səviyyədə təşkili üçün təşəkkür ediblər. İclas zamanı Konvensiya layihəsi üzrə bir sıra vacib tezis və müddəalar, o cümlədən suverenlik məsələsi, tərəflərin suveren hüquq və yurisdiksiyalarının həyata keçirilməsi razılaşdırılıb.

İclasın açılış mərasimində çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələfə Xələfov danışıqlar prosesində irəliləyiş olduğunu vurğulayıb. O qeyd edib ki, dövlət başçılarının və xarici işlər nazirlərinin mütəmadi görüşləri mövqelərin nəzərəçarpacaq dərəcədə yaxınlaşması və konkret nəticələrin əldə olunması üçün münasib şərait yaradır.

Tədbirdə vurğulanıb ki, göstərilən səylər Konvensiya layihəsinin bütün müddəaları üzrə konsensusun əldə olunmasına imkan yaradacaq.

Mənbə:
0
20