Məşhur aktrisa üzə çıxdı: "Həyatımda sevgi yoxdur"

Məşhur aktrisa üzə çıxdı: "Həyatımda sevgi yoxdur"

Bir zamanların məşhur türk serialı “Çalıkuşu”nda Fəridə obrazının oynamış və böyük şöhrət qazanmış Aydan Şener uzun illərdir ki, teatrda çalışır. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, tanınmış aktrisa tezliklə yenidən ekranlara qayıtmaq istəyir: “ “Çalıkuşu”nun əfsanə Fəridəsindən sonra mənfi obrazda bir qadını da oynaya biləcəyimi sübut etmək istəyirəm. Yaxın vaxtlarda “Uğurumu arvadlarıma borcluyam” tamaşasının film variantı hazırlana bilər. Mən orda eyni zamanda 8 qadın rolu oynayıram. Əgər alınsa, bir filmdə ən çox qadın rolu oynamış aktrisa kimi rekord qıra bilərəm. Bundan başqa telekanallardan birində yeni mövsümdən etibarən bazar günləri efirə çıxacam və söhbət formatında veriliş aparacam”.

A.Şener şəxsi həyatından da danışıb və “Həyatınızda sevgi varmı?” sualına belə cavab verib: “Yalnızlığa alışmışam artıq. Həyatımda kimsə yoxdur və axtarmıram da. Qızım var, dostlarım var, heyvanlarım var. Onların sevgisi yetər mənə...”

Aktrisa əlavə edib ki, evində 11 pişik saxlayır: “Heyvanları çox sevirəm. 11 pişiyim, 4 itim var. Həm də məhəllədəki bütün it-pişiklərə də mən baxıram. Zəkəriyəköydəki evimin həyəti geniş olduğundan mənim üçün çətin olmur”.

0
16