Rusiya ilə sərhəd ölkələrə tank taboru göndərirlər

Rusiya ilə sərhəd ölkələrə tank taboru göndərirlər

NATO-un yeni proqrammı çərçivəsində Estoniya,  Latviya və Litvaya min hərbçi, tank və artilleriya göndərmək imkanlarını nəzərdən keçirir.

APA-nın məlumatına görə, bu barədə “Times” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Filip Xammond bəyan edib ki, Alyansın NATO regionunda möhkəmlənməsi çərçivəsində Şərqi Avropa ölkələrində rotasiya əsasında 4-5 tabor yerləşdirilə bilər. “Wall Street Journal” qəzeti yazıb ki, ABŞ Baltikyanı ölkələrə 2 tabor, Almaniya və Böyük Britaniya isə bir tabor göndərə bilər.

“Times” qəzetinin məlumatında qeyd edilib ki, London Baltikyanı ölkələrə tanklar və artilleriya qurğuları ilə komplektləşdirilmiş taktiki tank qrupu göndərməyi planlaşdırır. Məsələ barədə yekun qərar NATO-nun Varşava sammitində qəbul ediləcək. Eyni zamanda Alyans NATO-nun döyüş qabiliyyətinin artırılması üçün Şərqi Avropada tank və digər abır silah bazaları yerləşdirmək imkanlarını nəzərdən keçirir.

Bu arada ABŞ dövlət katibinin müavini Gntoni Blinken bildirib ki, NATOrotasiya əsasında Şərqi Avropada 4 min hərbçi yerləşdirəcək. NATO baş katibi Yens Stoltenberq isə deyib ki, NATO komandanlığı bir neçə Şərqi Avropa ölkəsində çoxmillətli taborlar yerləşdirməyi tövsiyə edib. Ancaq bununla bağlı yekun qərar NATO-nun iyulda keçiriləcək sammitində qəbul ediləcək.

0
20