Millimiz üçün qisas şansı

Millimiz üçün qisas şansı

Bu gün Azərbaycan millisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində 2-ci sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri Makedoniya millisi ilə üz-üzə gələcəklər.

Bu il keçirdiyi iki görüşdə də qol vura bilməyən millimiz bu uğursuz ənənəyə balkan təmsilçisi ilə matçda son qoymaq istəyir.

Artıq dəvət edilən bütün futbolçular millinin heyətinə qoşulub. Azərbaycan kubokunun finalında iştirak etdikdən sonra Avstriyaya gedən “Qarabağ” və “Neftçi”nin üzvləri də artıq komandaya kömək edə biləcəklər.

Bundan başqa, makedoniyalılar tarixinin ən ağır günlərini yaşamaqdadı. Əvvəllər Avropanın aparıcı çempionatlarında da təmsil olunan yığma hazırda FİFA reytinqində 141-ci yerdə qərarlaşıb. Millimizin 8 pillə qabaqladığı rəqibinin son görüşləri də balkanlılara nikbin gələcək vəd etmir.

Qeyd edək ki, bu matçın yığmamızın məskunlaşdığı Bad Erlax şəhərindən 70 km məsafədə yerləşən Şvadorfda baş tutacağı planlaşdırılsa da, bu gün matçın məkanı dəyişdirilib. Belə ki, qarşılaşma elə Bad Erlaxda oynanılacaq.

Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Yoldaşlıq oyunu

29 may

19:00. Azərbaycan – Makedoniya

Hakimlər: Markus Hameter, Rolan Braunşmidt, Maksimilian Kolbitş, Manuel Şüttenqruber (hamısı Avstriya)

Bad Erlax stadionu

Azərbaycan: Səlahət Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rəhman Hacıyev, Qara Qarayev, Dmitri Nazarov, Araz Abdullayev, Əfran İsmayılov, Ruslan Qurbanov

0
21