NATO-nun sabiq baş katibi Poroşenko ilə işləməyi səbirsizliklə gözləyir

NATO-nun sabiq baş katibi Poroşenko ilə işləməyi səbirsizliklə gözləyir

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun müşaviri qismində bu ölkədə təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edəcək.  APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu sözləri Rasmussen “Facebook” səhifəsində yazıb. Ukraynada çalışacağını səbirsizliklə gözlədiyini bildirib.

“Mən böyük məmnuniyyətlə təyinatı qəbul etdim və Ukraynada  təhlükəsizliyin və islahatların tətbiqinin təmin olunması, Ukrayna-Aİ münasibətlərinin möhkəmləndirilməsi üçün əlimdən gələni edəcəm”, - deyə  Anders Foq Rasmussen bildirib.

NATO-nun sabiq baş katibi  Ukrayna hakimiyyəti ilə işləməyi səbirsizliklə gözlədiyini bildirib.

Qeyd edək ki, Poroşenko mayın 27-də Anders Foq Rasmusseni özünə ştatdan kənar müşavir təyin olunması barədə fərman imzalayıb.

Anders Foq Rasmussen 2009-2014-cü illərdə NATO-ya rəhbərlik edib.

0
17