Venesuelada silahlılar 12 nəfəri güllələdi

Venesuelada silahlılar 12 nəfəri güllələdi Venesuelanın şimal-qərbindəki Truxilo ştatında cinayətkarlar 12 sakini güllələyib.     “Report”un məlumatına görə, bu barədə “El Universal” internet qəzeti xəbər verib. Küçədə öldürülənlərdən 4-ü uşaqdır.     Hadisəni törədənlər cinayətdən dərhal sonra hadisə yerindən motosikl və avtomobillərlə uzaqlaşıblar. Polis cinayətkarların axtarışına başlayıb.     İlkin ehtimala görə, hadisəyə səbəb cinayətkar qruplaşmalar arasındakı toqquşmadır.   Polisin araşdırmaları zamanı məlum olub ki, öldürülənlərdən ikisi qətl hadisəsinə görə axtarışda olub.   Venesuelanın Baş Prokurorluğu sosial problemlər və digər səbəblər üzündən son illər ölkədə cinayət hadisələrinin sayının artdığı bildirir. 
0
11