Sabiq idman nazirinin oğlu dayanacaqdakı piyadaları vurdu

Sabiq idman nazirinin oğlu dayanacaqdakı piyadaları vurdu

Rusiyanın sabiq idman naziri Boris İvanyujenkovun oğlu Moskva ətrafı vilayətinin Podolsk şəhərində  idarə etdiyi avtomobillə dayanacaqda avtobusu gözləyən iki piyadanı vurub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sabiq nazir oğlunun idarə etdiyi BMW X6 markalı avtomobil “Skoda” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində idarəetməni itirən BMW X6 daha sonra dayanacağa çırpılıb. Qəza nəticəsində xəsarət alan piyadalar xəstəxanaya yerləşdiriliblər.    

Polisin məlumatına görə,  22 yaşlı gəncin idarə etdiyi BMW X6 “Skoda”-nı ötməyə cəhd edərkən idarəetməni itirib. Sürücü barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, Boris İvanyujenkov 1999-2007-ci illərdə Rusiyanın idman naziri vəzifəsində çalışıb.

0
23