“Real” Çempionlar Liqasının qalibi oldu

“Real” Çempionlar Liqasının qalibi oldu

UEFA Çempionlar Liqasının final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, bununla da Avropada futbol mövsümünə rəsmən yekun vurulub.

Milanda keçirilən həlledici qarşılaşmada İspaniyanın 2 klubu – “Real” və “Atletiko” üz-üzə gəlib. “San Siro”da baş tutacaq Madrid derbisi gərgin mübarizəyə səhnə olub.

Hesabı "kral klubu" açıb. 14-cü dəqiqədə Serxio Ramos fərqlənib. İlk yarı bu hesabla bitsə də, ikinci hissədə Karrasko bərabərliyi təmin edib. BUndan sonra matçın normal vaxtında başqa qol olmayıb. Əlavə olunmuş dəqiqələrdə də "status-kvo" pozulmayınca, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac yaranıb.

Hər iki komanda ilk 4 zərbənin dəqiq yerinə yetirib. "Atletiko"nun futbolçusu Xuanfran 5-ci zərbəni dirəyə, "Real"lı Ronaldo isə çərçivəyə nişan alıb. Bununla da bu mövsüm Avropanın ən güclüsü "Real" olub.

Çempionlar Liqası

Final

28 may

“Real” (Madrid, İspaniya) – “Atletiko” (İspaniya) - 1:1 (5:3 - penaltilərdə)

Qollar: Serxio Ramos, 14 - Karrasko, 79

Baş hakim: Mark Klattenburq

Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Milan. “San Siro” stadionu

0
25