Fransa və Almaniyada 46 nəfəri ildırım vurdu

Fransa və Almaniyada 46 nəfəri ildırım vurdu

Almaniyanın Hopştedten şəhərində uşaqlar arasında matç zamanı ildırımın futbol meydançasına düşməsi nəticəsində 35 nəfər xəsarət alıb.  APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, daha 11 nəfər isə ildırımın Parisin Monso parkına düşməsi nəticəsində xəsarət alıb.

Şahidlərin sözlərinə görə, Almaniyada ildırım vurması nəticəsində matçın hakimi daxil olmaqla, 3 nəfər ciddi xəsarət alıb. Xəsarət alanlardan 11-i uşaq, ikisi valideyndir.

Parisdəki hadisə nəticəsində isə xəsarət alanlardan üçü komaya düşüb.

0
21