Almaniyada futbol meydançasına ildırım düşməsi nəticəsində azı 35 nəfər xəsarət alıb

Almaniyada futbol meydançasına ildırım düşməsi nəticəsində azı 35 nəfər xəsarət alıb

Xəsarət alanların əksəriyyəti 9-11 yaşlı uşaqlardır.

Almaniyada futbol meydançasına ildırım düşməsi nəticəsində 35 nəfər xəsarət alıb.

Oxu.Az-ın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident Reynland-Pfalts torpağında Hoppştegen yaşayış məntəqəsində baş verib.

Hadisə uşaq futbol komandalarının oyunu zamanı baş verib. Bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, xəsarət alanların əksəriyyəti 9-11 yaşlı uşaqlardır. 

Oyunun hakiminin də ağır xəsarət alanlar arasında olduğu bildirilir.
 
Xəsarət alanlardan üç nəfərin vəziyyəti ağırdır. 

0
24