Albaniyada Azərbaycan səfirliyi açılacaq

Albaniyada Azərbaycan səfirliyi açılacaq

Albaniya parlamentinin spikeri Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiklərini bildirib.

Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Albaniya parlamentinin sədri İlir Meta ilə görüşüb. 

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, Z.Əsgərovun rəhbərlik etdiyi Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun Albaniyanın paytaxtı Tiranada keçirilən yaz sessiyasında iştirak edir. Z.Əsgərov sessiya çərçivəsində Albaniya parlamentinin sədri İlir Meta ilə görüşüb.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. 

Albaniya parlamentinin spikeri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini deyib. 

Görüşdə bildirilib ki, Albaniyada Azərbaycan səfirliyi açılacaq. Qeyd edilib ki, Azərbaycanın Tiranadakı diplomatik nümayəndəliyinin payızda açılması nəzərdə tutulub.

0
25