Si Tszinpin: Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm

Si Tszinpin: Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm

“Xalqınıza xoşbəxtlik və sülh arzulayıram”.

Çin Xalq Respublikasının sədri Si Tszinpin Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:
 
“Milli bayramınız - Respublika Günü münasibətilə zati-alinizə və sizin şəxsinizdə dost Azərbaycan xalqına və hökumətinə Çin xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırıram. Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın gələcək rifahı naminə birgə səylərimiz Çin-Azərbaycan münasibətlərinin daha da genişlənməsinə töhfə verəcək. Zati-aliləri, sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik və sülh arzulayıram”.

0
24