Rəsmi Ankaradan Kemerona sərt - CAVAB

Rəsmi Ankaradan Kemerona sərt - CAVAB

“Türkiyə heç vaxt Avropadan asılı olmayıb və olmayacaq”.

Türkiyə Baş nazirinin birinci müavini Numan Kurtulmuş ölkəsinin Avropa İttifaqına 3000-ci ildən tez üzv olmayacağına dair bəyanatları biabırçı hesab edir.

Oxu.Az-ın məlumatına görə, mvafiq açıqlamanı N.Kurtulmuş Türkiyə parlamentində çıxışı zamanı edib.

“Əgər kimsə Türkiyənin Aİ-yə 3000-ci ilə qədər üzv ola bilməyəcəyini iddia edirsə, bu Türkiyə üçün yox, belə fikirləri səsləndirən şəxs ayıbdır”, - o deyib.

Məmurun sözlərinə görə, Avropa siyasətçilərinə hazırki Aİ-nin 30 ildən sonrakı taleyi ilə bağlı sual vermək lazımdır. 

“Biz viza rejimi ilə bağlı üzərimizə götürüdüyümüz öhdəlikləri yerinə yetiririk. Lakin qeyd etmək istəyirəm ki, Türkiyə heç vaxt Avropadan asılı olmayıb və olmayacaq”, - N. Kurtulmuş bəyan edib. 

0
12