Sarkisyan: Azərbaycan daha müasir silaha sahibdir

Sarkisyan: Azərbaycan daha müasir silaha sahibdir

"Biz Rusiyanın Azərbaycana silah satmasını ağrılı qəbul edirik".

Azərbaycan bu gün silahın daha müasir növlərinə sahibdir. Ermənistan isə 1980-ci ilin silahları ilə döyüşür.

Oxu.Az dünya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya səfəri zamanı bəyan edib.

Sarkisyan bildirib ki, Rusiyanın Azərbaycana silah satması faktı ona əzab verir.

"Rusiya bizim strateji müttəfiqimizdir. Biz eyni təhlükəsizlik sistemindəyik (KTMT). Təbii ki, Rusiyanın, yalnız onun deyil, bu strukturun digər ölkələrinin də Azərbaycana silah satmasını ağrılı qəbul edirik", - Sarkisyan bildirib.

Amma o qeyd edib ki, Ermənistanın bu proseslərə təsiretmə imkanı məhduddur.

Mənbə:
0
16