Bakıda qadının evinə basqın: 65 min manat pul aparıldı

Bakıda qadının evinə basqın: 65 min manat pul aparıldı

Cinayətkarlar saxlanılıb.

Bakıda yaşayış evinə basqın olub.

Oxu.Az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat pul və 15000 manat dəyərində qızıl əşyalar aparıb.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.

0
20