Oğru: O pulla oturub vurmuşam, yeyib-içmişəm, borcumu bağlamışam - VİDEO

Oğru: O pulla oturub vurmuşam, yeyib-içmişəm, borcumu bağlamışam - VİDEO

“Bir az da sağa-sola xərcləmişəm”.

Bakıda mənzildən içərisi pulla dolu seyf oğurlayan şəxslər saxlanıldı.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən  verilən məlumata görə, rayon sakini Mübariz Mədətova məxsus evdən içərisində 10 000 ABŞ dolları və 40 000 avro olan seyf oğurlanıb. 

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.

Ramil Bağırov - saxlanılan şəxs: “O pulla yüngülvari borcumu bağladım. Bir az da sağa-sola xərclədim. Xərcləmişəm də, oturub vurmuşam, yeyib-içmişəm” .

Faktla bağlı araşdırma aparılır. 

0
18