KİV: Əliyev və Sarkisyan Fransada görüşə bilər

KİV: Əliyev və Sarkisyan Fransada görüşə bilər

“Bir sıra məsələləri dəqiqləşdirmək lazımdır”.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Fransada keçirilə bilər.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Jamanak” qəzeti Fransa Strateji Araşdırmalar Fondunun eksperti, politoloq Kayts Minasyana istinadən xəbər verir.

“Lakin buna qədər bir sıra məsələləri dəqiqləşdirmək lazımdır. Məsələn, bu görüşə kimin - prezident Fransua Olland, xarici işlər naziri Jan Mark Eyro, yoxsa Avropa məsələləri üzrə dövlət naziri  Harlem Desirin rəhbərlik edəcəyini dəqiqləşdirməyə ehtiyac var”, - Minasyan deyib.

“Görüşdə digər həmsədr ölkələrin xarici işlər nazirlərinin də iştirak edib-etməyəcəyi məlum deyil. Əgər biz Vyanada başlayan görüşü davam etdirmək istəyiriksə, onda onların potensial görüşdə iştirakı vacibdir”, - nəşr yazır.

0
10