Putin Krımın Ukraynaya qaytarılması ehtimalını şərh edib

Putin Krımın Ukraynaya qaytarılması ehtimalını şərh edib

“Hesab edirik ki, Krım məsələsi birdəfəlik bağlanıb”.

Rusiya Krımın Ukraynaya qaytarılması ilə bağlı heç kimlə müzakirələr aparmaq niyyətində deyil.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Yunanıstanın baş naziri Aleksis Siprasla danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

“Hesab edirik ki, Krım məsələsi birdəfəlik bağlanıb. Bu, Krımda yaşayan insanların tarixi qərarıdır. Rusiya bu məsələ ilə bağlı heç kəslə müzakirə aparmayacaq”, deyə V. Putin qeyd edib. 

0
13