Bu gün Çempionlar Liqasının qalibi müəyyən olacaq

Bu gün Çempionlar Liqasının qalibi müəyyən olacaq

Finalda iki ispan klubu üz-üzə gələcək.

Bu gün, mayın 28-də, Milanda iki İspaniya klubu “Real” və “Atletiko” UEFA Çempionlar Liqasının final matçında qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, “kral klubu” Çempionlar Liqasını ən çox qazanan komandadır, “Atletiko” isə əksinə heç vaxt bu titula yiyələnməyib.

Qarşılaşma Milanın “San-Siro” stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşün baş hakimi ingiltərəli Mark Klattenburq təyin edilib.

0
9