ABŞ-da daşqın: ölən və itkin düşənlər var

ABŞ-da daşqın: ölən və itkin düşənlər var

ABŞ-ın Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində 2 nəfər ölüb, 3-ü itkin düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər körpüdən suya düşən avtomobilin içindən bir nəfərin meyitini tapıblar. Daha bir şəxsin meyiti isə su altında qalan evdə aşkarlanıb.

Son iki sutka ərzində fasiləsiz yağan yağışlar ABŞ-ın mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Bundan başqa, Texas və Kanzas ştatlarında baş verən qasırğa yüzlərlə yaşayış evinə ziyan vurub, həmçinin elektrik enerjisinin kəsilməsinə səbəb olub. Texas ştatının bir sıra yaşayış məntəqələrində  daşqınlara görə evakuasiya elan olunub.

0
19