Nyu-Yorkda təyyarə çaya düşdü

Nyu-Yorkda təyyarə çaya düşdü

Nyu-Yorkda təyyarə qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə “New York Post” məlumat verib.

Məlumata görə, II Dünya müharibəsində istifadə edilən “P-47 Thunderbolt” qırıcı-bombardmançı təyyarəsi Hudzon çayına düşüb.

Polis departamentinin mətbuat xidməti özünün “Tvitter” səhifəsində qəza nəticəsində 1 nəfərin sağ qaldığını təsdiqləyib.

İnsidentin Corc Vaşinqton körpüsünün yaxınlığında qeydə alındığı bildirilir. Hadisə yerinə polis, xilasedicilər və helikopterlər cəlb edilib.

0
13