İŞİD-in daha bir lider məhv edildi

İŞİD-in daha bir lider məhv edildi

İŞİD terror qruplaşmasının İraqın əl-Fəluca şəhərindəki lideri Mahir əl-Bilauyi məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Stiven Uorren bəyan edib.

İki gün əvvəl həyata keçirilən əməliyyat çərçivəsində İŞİD lideri daxil olmaqla, 70 silahlı məhv edilib.

Qeyd edək ki, bu həftə İraqın baş naziri Heydər əl-Abadi paytaxt Bağdaddan 57 km aralıda yerləşən əl-Fəluca şəhərinin terrorçulardan azad edilməsi məqsədi ilə hərbi əməliyyatın başlandığını bildirmişdi. əl-Fəluca 2014-cü ilin yanvarından İŞİD-in nəzarəti altındadır.

0
15