Karasin: Rusiya ilə Azərbaycanı strateji əlaqələr bağlayır

Karasin: Rusiya ilə Azərbaycanı strateji əlaqələr bağlayır

“Azərbaycan-Rusiya əməkdaşlığının miqyası və keyfiyyəti ildən-ilə artır”.

Rusiya və Azərbaycanı əsasında bərabərlik prinsipləri, mehriban qonşuluq, çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyəti olan strateji münasibətlər bağlayır.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın Moskvadakı səfirliyində Respublika Günü münasibətilə qəbulda deyib.

“Azərbaycan-Rusiya əməkdaşlığının miqyası və keyfiyyəti ildən-ilə artır. 2014-cü ildə biz əmtəə dövriyyəsinin həcminə görə rekord səviyyəyə - ildə dörd milyard dollara yüksəldik. Hal-hazırda ilk növbədə nəqliyyat, neft-qaz, aqrosənaye sahələri olmaqla əməkdaşlığın stimullaşdırılmasının yollarının aktiv axtarışı aparılır”, - deyə Karasin bildirib.

Onun sözlərinə görə, dünyada geniş şöhrət qazanan, Rusiya və Azərbaycan Prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu birgə layihəsi bunun üçün tələb olunan məkan oldu.

“Hal-hazırda bu ilin sentyabrına planlaşdırılan, növbəti - beşinci görüşə fəal hazırlıqlar aparılır”, deyə o qeyd edib.

Xarici işlər nazirinin müavini həmçinin deyib ki, bugünkü ikitərəfli münasibətlər möhkəm təməl üzərində qurulub, onlar qarşılıqlı etimad və fayda ilə pərçimlənib: 

“Birinci növbədə daim təmasda olan ölkə baçşıları Vladimir Putin və İlham Əliyev olmaqla, regionlar, idarələr arasında səmimi, etibarlı münasibətlər yaranıb. Rusiya və Azərbaycan, tək dost deyil, həm də qonşudur”.

0
25