FİFA bu ölkəni cəzalandırdı

FİFA bu ölkəni cəzalandırdı

Xorvatiya millisi FİFA tərəfindən cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna cari ilin mart ayında “şahmatçılar”ın İsrail və Macarıstanla hazırlıq oyunlarında yerli azarkeşlərin rəqiblərə qarşı irqçi şüarlar səsləndirməsi səbəb olub.

Fanatların rasist şüarlarına görə Xorvatiya yığması iki ev oyununu boş tribunalar qarşısında oynamalı olacaq. Bundan əlavə, yerli federasiya 150 min avro məbləğində pul cəzası da alıb.

Qeyd edək ki, Ante Çaçiçin yetirmələri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Türkiyə, noyabrın 12-də isə İslandiyaya qarşı ev oyunlarını tamaşaçısız keçirməli olacaq.

0
24