Azərbaycanlı ifaçı Almaniyanı “Türkvizyon 2016”da təmsil edəcək

Azərbaycanlı ifaçı Almaniyanı “Türkvizyon 2016”da təmsil edəcək

Azərbaycanlı ifaçı Seyran İsmayılxanov Almaniyanı “Türkvizyon 2016”da təmsil edəcək. Bu haqda məlumatı prodüser Volkan Gücer verib.

Oxu.Az xəbər verir ki, 5 dildə mahnı yazan və ifa edən Seyran paytaxt Bakıda musiqiçi ailəsində dünyaya gəlib.

Musiqiyə marağı uşaq yaşlarında piano və skripka ifa edərək yaranıb. İlk bəstəsini yeddi yaşında yazıb.

1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə qəbul olunub və  iki ildən sonra musiqisiz qala bilməyəcəyini anlayaraq universiteti yarımçıq tərk edib.

Musiqi sahəsində ilk professional addımlarını Azərbaycan Milli Konservatoriyasının müəllimi Sevda Məmmədovadan vokal dərsləri alaraq başlayıb.

2011-ci ildə “Wild kisses” adlı mahnısı ilə Bakıda “Eurovision” milli seçim turlarına  qatılıb.

Seyran İsmayılxanov hazırda Almaniyada yaşayır.

0
13