Dünya KİV-in nümayəndələri cəbhəyanı əraziyə səfər edib - YENİLƏNİB

Dünya KİV-in nümayəndələri cəbhəyanı əraziyə səfər edib - YENİLƏNİB

Səfəri Azərabycan XİN təşkil edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, xarici jurnalistlər Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raquf Məmmədova görüşüb.

Daha sonra Azərbaycan hərbçilərinin müşayiəti ilə jurnalistlər cəbhə bölgəsinin ön xəttini müşahidə ediblər. Media nümayəndələri rayonun təmas xəttinə yaxın yerləşən ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər.

17:57

Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, xarici media nümayəndələrinin Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşü olub.

Daha sonra Azərbaycan hərbçilərinin müşayiət ilə jurnalistlər cəbhə bölgəsinin ön xəttini müşahidə ediblər.

Media nümayəndələrinə bir neçə gün əvvəl Azərbaycan Ordusunun nəzarətinə keçmiş "Lələ təpə" yüksəkliyini kənardan müşahidə etməyə şərait yaradılıb.

Onlar rayonun Alxanlı kəndində ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər.

Daha sonra xarici media nümayəndələri cəbhənin Tərtər-Ağdam istiqamətinə yola düşüblər.

Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cəbhə bölgəsində olan qrupa "Al Jazeera International", "Reuters" "Associated Press" "France-Presse", Rusiyadan "Kommersant", "Komsomolskaya pravda", "Novaya vremya", Türkiyədən "Anadolu" agentliyi, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir.

XİN-dən bildirilib ki, qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha obyektiv çatdırmaq məqsədilə XİN və əlaqədar qurumların təşkilatçılığı ilə qərara alınıb ki, Azərbaycanda akkreditasiya olunmuş və xaricdən Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin qoşunların təmas xəttinə səfərləri təşkil olunsun. Səfər əsasən Ağdərə, Tərtər və Ağdam istiqamətlərini əhatə edəcək.

11:11

30-a yaxın dünya KİV-nin nümayəndələri bu gün son günlər ərzində intensiv hərbi əməliyyatların keçrildiyi erməni-Azərbaycan cəbhə xəttində vəziyyətlə tanış olacaqlar.

Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir ki, jurnalistlər cəbhənin Füzuli-Xocavənd, Ağdam, eləcə də Tərtər-Ağdərə istiqamətinə səfər edəcəklər.

Səfərin məqsədi dünya ictimaiyyətinə həqiqi vəziyyət barədə məlumatın çatdırılmasıdır. Bundan başqa, Ermənistan SQ-nin artilleriya atəşi nəticəsində cəbhəyanı ərazidə yaşayan azərbaycanlı əhaliyə dəyən ziyanı nümayiş etdirməkdir.

Xarici jurnalistlərin cəbhəyanı əraziyə səfərini Azərbaycan Xarici İşlər Nazirliyi təşkil edib.

Jurnalistlərin sırasında Rusiyanın "ORT" telekanalının, "Komsomolskaya pravda" qəzetinin, "İnterfaks-Azərbaycan" agentliyinin, Moskvanın "Al Jazeera" nümayəndəliyinin, "IRIPTV" İran dövlət telekanalının, CCTV Çin telekanalının, "Reuters", "France-Presse", "Associated Press" və s. informasiya agentliklərinin nümayəndələri var.

Mənbə:
0
25