Azərbaycan derbisi sülhlə başa çatdı

Azərbaycan derbisi sülhlə başa çatdı

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 turnirində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ənənəvi yarış Azərbaycan derbisi ilə əlamətdar olub.

Bir vaxtlar millimizin lideri olan, ancaq son aylar “kölgə”yə çəkilən Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib.

Digər təmsilçilərimizdən Şəhriyar Məmmədyarov hindistanlı Pentala Harikrişnaya məğlub olub. Eltac Səfərli Hou Yifanla xalları yarı bölüb. Hər 2 təmsilçimiz “qara fiqurlar”la mübarizə aparıb.

ShamkirChess 2016

27 may

II tur

Aniş Qiri (Hollandiya, 2790) – Sergey Karyakin (Rusiya, 2779) - 1:0

Pentala Harikrişna (Hindistan, 2763) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - 1:0

Pavel Elyanov (Ukrayna, 2765) - Fabiano Karuana (ABŞ, 2804) - 0:1

Hou Yifan (Çin, 2663) – Eltac Səfərli (Azərbaycan, 2664) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2655) – Teymur Rəcəbov (Azərbaycan, 2726) - 0,5:0,5

Qeyd edək ki, ilk turda bütün oyunlar heç-heçə başa çatıb.

Turnir cədvəli

1. Fabiano Karuana – 1,5

2. Pentala Harikrişna – 1,5

3. Aniş Qiri – 1,5

4. Teymur Rəcəbov – 1

5. Hou Yifan – 1

6. Rauf Məmmədov – 1

7. Eltac Səfərli – 1

8. Sergey Karyakin – 0,5

9. Şəhriyar Məmmədyarov – 0,5

10. Pavel Elyanov – 0,5

0
23