Rusiyada polisləri tərk silah edərək terrorçunun cəsədini götürdülər

Rusiyada polisləri tərk silah edərək terrorçunun cəsədini götürdülər

Yaraqlı xüsusi əməliyyat zamanı öldürülüb.

Rusiyanın Nazran şəhərində təxminən 100 nəfər naməlum şəxs Respublika Klinik Xəstəxanasının meyitxanasına basqın edib.

Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, onlar meyitxanadan öldürülmüş qanusuz silahlı qruplaşmanın üzvünün cəsədini çıxarıblar.

“Günorta saatlarında naməlum şəxslər Nazranda meyitxanaya gələrək xüsusi əməliyyat zamanı öldürülmüş yaraqlının meyitini tələb ediblər. Mühafizə xidmətindən imtina cavabı aldıqdan sonra, onlar dava salıblar və sayca üstün olduqları polis əməkdaşlarını tərk silah edərək meyiti götürüb ərazidən uzaqlaşıblar”, -agentliyin sözçüsü deyib.

Qeyd edək ki, dünən İnquşetiyada həyata keçirilmiş antiterror əməliyyatının gedişində beş terrorçu öldürülmüş, daha üç nəfər saxlanılmışdı.

0
17