Novak Azərbaycan qazını Rusiyaya rəqib hesab etmir

Novak Azərbaycan qazını Rusiyaya rəqib hesab etmir

“TAP Avropa üçün kifayət qədər cüzi həcmdir”.

Transadriatik boru kəməri (TAP) layihəsi Rusiya qazının Avropanın cənubuna tədarükünə rəqib deyil.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak belə hesab edir.

“TAP Avropa üçün kifayət qədər cüzi həcmdir. Həcmlər hazırda 10 mlrd. kubmetrdən çox deyil və o da 2019-cu ilə perspektivlə. Buna görə də, avropalı istehlakçıların daha çox qaz həcmləri və tədarük marşrutlarının şaxələndirilməsinə ehtiyacları var”, - deyə, o, jurnalistlərə bildirib.

“Hətta bu layihə həyata keçirilsə belə, o, bizim yunan və italyan tərəfdaşlarımızla danışdığımız layihənin həyata keçirilməsi zərurəti və imkanlarını istisna etmir”, - deyə, nazir əlavə edib.

Qeyd edək ki, TAP layihəsi “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində çıxarılacaq qazın Yunanınstan və Albaniyadan keçməklə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub.

0
15