“Joxovurd”: Ermənistan borc içində batır

“Joxovurd”: Ermənistan borc içində batır

“Ölkə iqtisadiyyatı beynəlxalq strukturlardan alınan kreditlər hesabına mövcudluğunu davam edir”.

Ermənistanın dövlət borcu sürətlə artmağa və yeni rekordlar qırmağa davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır.

Ermənistan Maliyyə Nazirliyinin dərc etdiyi məlumata görə, 2016-cı ilin may ayında ölkənin dövlət borcu 5 milyard 252 milyon 200 min dollara çatıb. Qəzet qeyd edir ki, bir ay ərzində - aprel ayında bu göstərici 56 milyon 100 min dollara qədər artıb.

“Dövlət borcunun son ayda artması xarici borcun payına düşür, o, 53 milyon 400 min dollar artıb. Bu isə öz növbəsində Ermənistan iqtisadiyyatının beynəlxalq strukturların və maliyyə təşkilatlarından alınan kreditlərin hesabına mövcud olmağa davam etdirməsi deməkdir”, - qəzet yazır.

0
9