Poroşenko: Ukrayna Qarabağ nizamlanmasında qətiyyətli mövqeyə malikdir

Poroşenko: Ukrayna Qarabağ nizamlanmasında qətiyyətli mövqeyə malikdir

“İkitərəfli səmərəli əməkdaşlığımızı dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf etdirməliyik”.

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, P. Poroşenkonun məktubunda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Müstəqillik illərində inkişafın strateji istiqamətlərində mühüm uğurların əldə olunması Azərbaycan Respublikasının regional liderliyinin və nüfuzunun gələcəkdə də beynəlxalq arenada gücləndirilməsi yolunda inamlı tərəqqisinin göstəricisidir. 

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında nizamlanmasına dair ardıcıl və qətiyyətli mövqeyə malikdir. Ölkəmiz, həmçinin Ukraynanın ərazi bütövlüyü məsələsində Azərbaycan Respublikasının dəstəyini yüksək qiymətləndirir.

Əminəm ki, ikitərəfli səmərəli əməkdaşlığımız gələcəkdə də ölkələrimizin rifahı üçün dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edəcək, cari ildə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi isə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki müstəvidə həyata keçirilməsinə yeni təkan verəcək. 

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə sizə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, həmrəylik və firavanlıq diləyirəm”.

0
18