Ər gənc arvadını toydan bir həftə sonra necə öldürdüyünü danışdı

Ər gənc arvadını toydan bir həftə sonra necə öldürdüyünü danışdı

Həbibov Gülnarın meyitindən qardaşı ilə bərabər qurtulub.

Arvadı Gülnar Vəliyevanı öldürməkdə ittiham edilən Samir Həbibov faciənin təfərrüatlarını istintaqa danışıb.

bəyan edib. 

Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, hadisə baş verən günü ər-arvad dalaşıblar. Mübahisə zamanı Samir Gülnarı vurub, o yıxılıb və aldığı zərbədən keçinib.  

O zaman Həbibov cəsəddən qurtulmaq qərarına gəlib. Qardaşı ilə bərabər meyiti velosipedə yükləyərək meşəyə aparıblar.

Bununla yanaşı, istintaq zamanı Samir qurbanını harda basdırdığını xatırlamayıb.

O, polis əməkdaşları ilə uzun müddət Petrodvoresk rayonunda meşədə meyiti basdırdığı yeri tapmaq üçün gəzib. Meyitin basdırıldığı yeri göstərdikdə isə, on metr səhv edib.

Mütəxəssislərin sözlərinə görə, tibbi ekspertiza uzana bilər. Belə ki, meyit torpağın altında bir aydan çox qalıb.

Xatırladaq ki, daha öncə toyundan bir həftə sonra itkin düşən Gülnar Vəliyevanın meşədə meyiti tapıldığı barədə məlumat yayılmışdı.

Onun qətlində şübhəli bilinən əri Samir Həbibov saxlanılıb. İstintaqın versiyasına görə, Gülnar Vəliyeva 2016-cı ilin aprel aynın 22-də qətlə yetirilib.

0
25