Azərbaycan və ABŞ arasında “Açıq səma sazişi” imzalandı

Azərbaycan və ABŞ arasında “Açıq səma sazişi” imzalandı

"Biz, bunun üzərində artıq 4 ildən artıq işləmişik".

İmzaladığımız saziş "Open Sky", yəni "Açıq Səma" adlanır. "Açıq səma" nə deməkdir? Biz, bunun üzərində artıq 4 ildən artıq işləmişik.

Maliyyə, Vergilər nazirliyindən tutmuş, Azərbaycan Mərkəzi Bankı (AMB), Xarici İşlər Nazirliyinin (XİN) razılığı ilə belə bir sazişə imza atmışıq ki, həm ABŞ, həm də Azərbaycanın aviaşirkətləri həmin ölkə daxilində, çox sərbəst, məhdudiyyətsiz iş apara bilsinlər.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib.

"Misal üçün deyək, "Azərbaycan Hava Yolları" (AZAL) Amerikanın bir şəhərinə uçub gəldikdən sonra, ordan daha bir sərnişin götürüb başqa şəhərə daşıya bilər. Yük daşıya bilər.

ABŞ-ın aviaşirkətləri Azərbaycana gəldikdə istədikləri xidməti istədikləri sərbəst seçimlə ala bilər. Azərbaycandan başqa bir şəhərə davam edə bilərlər. Mülki avia sahəsində mümkün olan hansı məhdudiyyətlər varsa, bu saziş onu aradan qaldırır".

Mənbə:
0
22