Səfir: Ankara-Moskva münaqişəsi Bakı ilə münasibətlərimizə təsir etmir

Səfir: Ankara-Moskva münaqişəsi Bakı ilə münasibətlərimizə təsir etmir

“Azərbaycanın bu məsələdə ölçülü siyasətini yüksək qiymətləndirirəm”.

Türkiyə-Rusiya münasibətləri ilə bağlı əsas məsələ odur ki, baş verənlər Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etmir.

Oxu.Az Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən xəbər verir ki, bu barədə səfir Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin suallarını cavablandırarkən deyib.

“Mənim Azərbaycanda yüksək vəzifəli həmsöhbətlərimdən biri dedi ki, “biz Rusiya və Türkiyə arasında baş verənlərdən sizdən çox narahatlıq keçiririk”, - V.Doroxin deyib.

Səfir qeyd edib ki, Azərbaycan üçün nəinki iki yaxın ölkə arasında münaqişəni görmək emosional şəkildə ağrılıdır, həm də o, düzgün praktik addımlar atmalıdır. 

“Türkiyə-Rusiya münasibətləri ilə bağlı əsas məsələ odur ki, baş verənlər Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etmir. Rəsmi Moskva Azərbaycanın bu məsələdə ölçülü siyasətini yüksək qiymətləndirir.

Tarixi oxuyanlar bilir ki, Rusiya-Türkiyə münasibətləri hər zaman mürəkkəb olub. Bir neçə müharibə olub. Düzdür, sonradan biz həmişə barışmışıq. Ümid edirəm ki, bu, hazırkı vəziyyətdə də baş verəcək. Hər şey Türkiyə tərəfindən asılıdır. Onlar nə etməli olduqlarını bilirlər”, - səfir deyib.

0
15