Bakı-Quba-Rusiya yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı-Quba-Rusiya yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

“Azəravtayol” ASC sürücülərə xəbərdarlıq edib.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi 2016-cı il may ayının 30-dan bağlanacaq.

Bu barədə “Azəravtayol” ASC-dən Oxu.Az-a məlumat daxil olub.

Bildirilir ki, yolun bağlnaması aparılacaq təmir işləri ilə əlaqədardır.

Hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə ( Bakı şəhəri istiqaməti ) tətbiq olunacaq. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə ( Sumqayıt şəhəri istiqamətində ) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

0
8