Brayza qarşıdan gələn Əliyev- Sarkisyan görüşündən danışdı

Brayza qarşıdan gələn Əliyev- Sarkisyan görüşündən danışdı

Danışıqların növbəti mərhələsi iyunda baş tuta bilər.

Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü çox mühümdür. Belə ki, tərəflər Vyana razılaşmasının yerinə yetirilməsini müzakirə edə bilərlər, amma münaqişənin həllində kəskin irəliləyiş gözləməyə dəyməz.

Oxu.Az xəbər verir ki, bu barədə Trendə cümə günü ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq müşaviri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, danışıqların növbəti mərhələsi gələcək görüşlər üçün səmərəli psixoloji atmosfer yaradacaq.

Brayza, həmçinin aprel ayında yaranan gərginlikdən sonra tərəflərin görüşü, qarşılıqlı səmərəli həlli tapmaq niyyətini göstərdiyini bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının növbəti mərhələsi iyunda baş tuta bilər.

0
19