İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib

İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib

Dövlət başçısı tədbirdə nitq söyləyib.

Bu gün “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Oxu.Az-ın  xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Dövlət başçısı tədbirdə nitq söyləyib. 

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib.

Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olunub.

0
16