Tərtərdə bir ailənin beş üzvü zəhərlənib

Tərtərdə bir ailənin beş üzvü zəhərlənib

Ailə üzvlərinin halı həyətdə yetişən gilası yedikdən sonra pisləşib.

Tərtər rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə  APA-nın Qarabağ bürosuna Ağdam Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib. 

Məluamta əsasən, Tərtər rayonunda məskunlaşan Ağdam sakinləri, 1983-cü il təvəllüdlü Bayramov İsmət Rza oğlu, onun ailə üzvləri - 1994-cü il təvəllüdlü Bayramova Məhbubə Sədi qızı, 1999-cu il təvəllüdlü Bayramov Dünyamin Rəşid oğlu, 2004-cü il təvəllüdlü Bayramov Toğrul Səməd oğlu və 2012-ci il təvəllüdlü Bayramova Yağmur İsmət qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin yaxınları APA-ya ailə üzvlərinin hamısının bu gün həyətdə yetişən gilas yediklərini və bundan sonra zəhərləndiklərini bildiriblər.

Məlumata görə, aprelin 27-də Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmilərdən dördü Bayramovlar ailəsinin yaşadığı evin həyətinə düşüb.

0
16