Yevlaxda qadın ərini bıçaqladı

Yevlaxda qadın ərini bıçaqladı

Abdullayeva tutulub.

Yevlaxda bıçaqlanma hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun İsmayılabad kəndində qeydə alınıb. 

Rayon sakini, 1980-ci il təvəllüdlü Xatirə Abdullayeva yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində əri, 1982-ci il təvəllüdlü Ağasəf Abdullayevi bıçaqlayıb. A.Abdullayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən X.Abdullayeva tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

0
25