Səfir: Rusiya Qarabağ münaqişəsini 15-20 dəqiqəyə həll edə bilməz

Səfir: Rusiya Qarabağ münaqişəsini 15-20 dəqiqəyə həll edə bilməz

“Bünövrədə etibar olmalıdır”.

Münaqişəni Azərbaycan və Ermənistan özləri həll etməlidirlər. Kim deyirsə ki, Rusiya münaqişəni 15 dəqiqə yaxud 20 dəqiqəyə həll edə bilər, o, yanılır.

Oxu.Az xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisadi Universitetinin tələbələri ilə görüşdə bildirib.

Səfirin sözlərinə görə, Rusiya yalnız vasitəçi ola bilər.

“Heç bir təzyiq yaxud tərəflərdən birini sıxmaqla nəticəyə nail olmaq mümkün deyil. Bünövrədə etibar olmalıdır və onu yalnız sizin ölkələriniz yarada bilərlər.

Aprelin əvvəlində baş verən hadisələr hazırkı vəziyyətin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Bir daha tamamilə aydın oldu ki, ağıllı həll birdir – dinc yolla. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticə çıxarmalıdırlar. Rusiya həmçinin nəticə çıxarır və vasitəçilik səylərini gücləndirəcək”, - deyə, Doroxin bildirib.

0
12