Anapada Nəqliyyat Əlaqələndirmə Müşavirəsinin Avtomobil Şurasını iclası keçirildi

Anapada Nəqliyyat Əlaqələndirmə Müşavirəsinin Avtomobil Şurasını iclası keçirildi

Azərbaycanı tədbirdə DANX-ın rəis müavini təmsil edib.

Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Nəqliyyat Əlaqələndirmə Müşavirəsinin Avtomobil Şurasının 6-cı Sessiyası keçirilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildiriblər.

Sessiyada MDB məkanında “Beynəlxalq avtonəqliyyat xidmətləri bazarının inkişafının əsas istiqamətləri haqqında” MDB Hökumət Başçıları Şurasının müvafiq qərarının yerinə yetirilməsinin vəziyyəti, MDB üzv ölkələri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində əməkdaşlığın cari vəziyyəti haqqında məlumat mübadiləsi, beynəlxalq yük və sərnişin daşımalarının inkişafının təşkili qaydaları və yolları, MDB üzv ölkələrinin beynəlxalq avtomobil daşıyıcılarının peşəkarlıq səviyyələrinə və əlavə təlimlərinə tətbiq olunan tələblərin həyata keçirilməsinin vəziyyəti və beynəlxalq əlaqələr sahəsində digər aktual məsələlər müzakirə edilmiş və müvafiq Bəyanat qəbul edilib.

Qeyd edək ki, tədbirdə Azərbaycanı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

0
20