Fətullah Gülən dua ilə "Qalatasaray"ı UEFA çempionu edib - İNANILMAZ İDDİA

Fətullah Gülən dua ilə "Qalatasaray"ı UEFA çempionu edib - İNANILMAZ İDDİA

Ttürkiyənin "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım gözlənilməz açıqlama ilə çıxış edib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gecə "Qalatasaray"la oynanılan Türkiyə kubokunun final qarşılaşmasındakı məğlubiyyətdən sonra jurnalistlərin önünə çıxan "Fənərbaxça" prezidenti şok iddia səsləndirib.

Heç vaxt danışılmış oyunlarda iştirak etmədiyini bəyan edən Əziz Yıldırım əslində bu cür fəaliyyətlə "Qalatasaray" klubunun məşğul olduğunu bildirib. Ə.Yıldırım 2000-ci ildə "Qalatasaray"ın UEFA kubokunu qazanması ilə bağlı isə inanılmaz iddia səsləndirib. Klub prezidenti deyib ki, 2000-ci ildə "Qalatasaray"ı Fətullah Gülən dua edərək çempion edib: "2000-ci ildə Fətullah Gülənin dua edərək "Qalatasaray"ı çempion etdiyi deyilir. Mən isə heç vaxt danışılmış oyunlarda iştirk eləməmişəm. Araşdırsınlar, baxsınlar. "Qalatasaray"ın o dövrdəki oyunlarına nəzər yetirsinlər".

0
20