Orta məktəbdə kütləvi dava: Xəsarət alan var

Orta məktəbdə kütləvi dava: Xəsarət alan var

Hüseynov polisə şikayət edib.

Qaradağda orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.

Oxu.Az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 106 saylı orta məktəbin həyətində qeydə alınıb. Şagirdlər - 1999-cu il təvəllüdlü Elşən Cəsarət oğlu Hüseynov, 1999-cu il təvəllüdlü Nicat Nizami oğlu Əliyusifov, 1999-cu il təvəllüdlü Elşad Oruc oğlu Əliyev və onun qardaşı, 2001-ci il təvəllüdlü Tacir Əliyev arasında baş verən dava zamanı E.Hüseynov xəsarət alıb. 

E.Hüseynov bununla bağlı polisə şikayət edib.

Hazırda Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi hadisə ilə bağlı araşdırma aparır.

0
23