Çin sədri Rusiya ilə sərhədi qoruyan qoşunları yoxladı

Çin sədri Rusiya ilə sərhədi qoruyan qoşunları yoxladı

Çin Xalq Respublikasının sədri Si Tzinpin  Bolşoy Ussuriyski adasının Çin hissəsi də daxil olmaqla, Rusiya ilə həmsərhəd Heyluntzyan əyalətində yerləşən hərbi hissələrdə  yoxlama aparıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Çin lideri əsgər və zabitlər qarşısında çıxış edərək onları “Çin Kommunist Partiyasının nəzəriyyəsi ilə silahlanmağa,  şücayət və möhkəmlik nümayiş etdirərək, döyüş üslubunu təkmilləşdirməyə” çağırıb.

Si Tzinpin  həmçinin ordunun döyüş hazırlığının səviyyəsinin yüksəldilməsi üçün islahatların keçirilməsinin  və innovasiyaların tətbiqinin vacibliyini qeyd edib.

0
12